Mingəçevirdə "Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib
31 avqust 2025 - 16:30 171
Mingəçevir şəhərində "Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib.
Yarış Azərbaycan Ordusunun rəşadətli Zəfərinin 5 illiyinə həsr olunub. Sayca 4-cü dəfə təşkil edilən yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik 12 yaşdan yuxarı şəxslər iştirak ediblər. Yarış 350 metrlik məsafəyə, 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə keçirilib.
Yarış başa çatdıqdan sonra yer tutan idmançılar mükafatlandırılıb.
Fəxri kürsüyə yüksələn idmançılara medal və diplomları gənclər və idman naziri Fərid Qayıbov, idman şöbəsinin sədri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, vitse-prezidenti Xaliq İldırımzadə təqdim ediblər.
Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədi daşıyan yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2022-ci ildən isə Mingəçevirdə Kür çayında (“Kürü keçək?!”) təşkil olunub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı