Milli Paralimpiya Komitəsində yeni təyinat reallaşıb
12 sentyabr 2025 - 11:58 542
Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat reallaşıb.
MPK-dən bildirilib ki, Şahin Kazımzadə qurumun prezidentinin müşaviri təyin edilib.
Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb. Daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Eləcə də, Azərbaycan Televiziyası (AZTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı