Milli Paralimpiya Komitəsi Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığı gücləndirir
16 oktyabr 2025 - 14:47 591
Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərlikləri arasında görüş keçirilib.
MPK-dan bildirilib ki, görüş zamanı MPK və ACF arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və bunun nəticəsi olaraq ölkəmizdə yeni paracüdoçu nəslinin formalaşdırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilib.
ACF-nin illik yarış təqvimində federasiya ilə komitə tərəfindən əvvəlcədən müəyyənləşdiriləcək paytaxt və regional turnirlərdə paracüdo yarışlarının keçirilməsi, paracüdoçuların ACF-nin infrastrukturundan istifadəsi, məşqçilərin təcrübə mübadiləsi və paracüdonun təbliği istiqamətində hər iki qurumun birgə həyata keçirə biləcəyi planlar üzrə fikir mübadiləsi aparılıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı