Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar
09 noyabr 2025 - 17:28 455
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov və MOK-un baş katibi Azər Əliyev Atletlər kəndində ölkəmizi təmsil edən idmançılarla görüşüblər.
Milli Olimpiya Komitısinin mətbuat xidməti xəbər verir ki, onlar atletlər kəndində idmançılara yaradılan şəraitlə tanış olublar.
Görüş zamanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışaraq həmin yarışlarda Azərbaycan idmançılarının qazandığı uğurları xatırladıb. O, həmçinin komandamızın digər İslam Oyunlarındakı çıxışlarına toxunaraq idmançılara ənənəni davam etdirməyi və ölkəmizi layiqincə təmsil etməyi arzulayıb.
İdmançılar yarışlara yüksək səviyyədə hazırlaşdıqlarını və Azərbaycan bayrağını layiqincə dalğalandırmaq üçün bütün güclərini səfərbər etdiklərini bildiriblər.
MOK-un rəhbərliyi həmçinin VI İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarla da görüşüb və onları qələbə münasibətilə təbrik edib.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı
.jpeg)

.jpeg)


.jpeg)


.jpeg)
