Milano-Kortina 2026 Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb
26 noyabr 2025 - 14:50 744
2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb.
Tədbir Yunanıstandakı Qədim Olimpiya Arxeologiya Muzeyində baş tutub.
Olimpiya məşəlinin alovlandırılması mərasimində Yunanıstan Prezidenti Konstantinos Tasulas, Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Kirsti Koventri və digər rəsmi şəxslər də iştirak ediblər.
“Keçmiş və bu gün həqiqətən bir araya gəlir. Bu günkü mərasim bizə Olimpiya Oyunlarının nəyə xidmət etdiyini xatırladır: insanları sülh içində yarışmada, dostluqda və hörmətdə birləşdirməyə.” — deyə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri qeyd edib və Olimpiya məşəlinin yandırılmasına işarə verib.
BOK-un prezidenti çıxışına əlavə edərək bildirib ki, Olimpiya alovunu yandırarkən, bu işığı qədim keçmişimizdən ortaq gələcəyimizə daşıyırıq.
Pis hava şəraiti səbəbindən tədbir Qədim Olimpiya stadionundan Arxeologiya Muzeyinə köçürülmüşdü.
Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı