Milan-Kortina-2026: Təşkilat Komitəsi qüsurlu medallarla bağlı açıqlama yayıb
11 fevral 2026 - 12:34 399
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında idmançılara təqdim olunan medallarda baş verən qüsurların sayı artmaqdadır.
Oyunların Təşkilat Komitəsinin əməliyyatlar üzrə rəhbəri Luka Kassanın sözlərinə görə, qüsurlu və ya qırılmış bütün medallar təmir ediləcək və ya dəyişdiriləcək.
"Bir sıra medallar qüsurlu olub. Təşkilat Komitəsi dərhal bu məsələni medal istehsalına cavabdeh olan İtaliya Zərbxanası ilə birlikdə həll edəcək.
Medalları ilə bağlı problemi olan idmançılar mükafatlarını Təşkilat Komitəsinə qaytara bilərlər. Onlar təmir ediləcək və ya dəyişdiriləcək", - deyə Sportitalia Kassasanın sözlərindən sitat gətirib.
Xatırladaq ki, olimpiadanın ilk həftəsində isveçli Ebba Anderssonun medalı, amerikalı idmançılar Brizi Conson və Alyssa Lyu, eləcə də almaniyalı Justus Streonun medal lentləri qırılıb.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı