Milan-Kortina-2026: Françeska Lollobricida olimpiya rekorduna imza atıb
08 fevral 2026 - 00:10 316
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında italiyalı konkisürən Françeska Lollobricida qadınlar arasında 3 min metr məsafədə qalib gələrək yeni olimpiya rekordunu müəyyən edib.
İdmançı məsafəni 3 dəqiqə 54,28 saniyəyə qət edib.
Beləliklə, o, İtaliyaya ilk qızıl medalı qazandırıb.
İkinci yeri qalibdən 2,26 saniyə geri qalan norveçli idmançı Raqne Viklund tutub. Bürünc medalı 2,65 saniyə geridə qalan kanadalı Valeri Malte qazanıb.
Əvvəlki rekord (3:56,93 saniyə) 2022-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qeydə alınıb və niderlandlı İren Sxautenə məxsus idi.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı