Milan-Kortina-2026: Bu gün sonuncu təmsilçimiz olimpiadada mübarizəyə başlayır
18 fevral 2026 - 10:54 432
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
Bu gün ölkəmizi dağ xizəyi yarışlarında təmsil edən Anastasiya Papatoma mübarizəyə başlayacaq.
İdmançımızın çıxışını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyəcək.
18 yaşlı idmançımız dağ xizəyinin slalom növündə iştirak edəcək. Kortina Ampetsoda təşkil olunacaq yarışlara saat 10:00-da (Bakı vaxtı ilə 13:00) start veriləcək.
Azərbaycan komandası Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunur. Oyunların əvvəlki günlərində komandamızın üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramda çıxış edib. Hakimlər tərəfindən 63,63 bal alan idmançımız bu nəticə ilə sərbəst proqrama vəsiqə qazana bilməyib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı