Milan-Kortina-2026: Amerikalı idmançıların qazandığı medallar sınıb
09 fevral 2026 - 18:20 412
Amerikalı idmançılarının XXV Qış Olimpiya Oyunlarında qazandığı medallar sınıb.
İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında dağ xizəyi üzrə yarışların qalibi olan amerikalı idmançı Brizi Conson qələbəsini qeyd edərkən qızıl medalını sındırıb.
Məlumata görə, Conson sevinc hissi ilə tullanarkən medalın lenti qopub və nəticədə medal zədələnib. Oxşar hadisə komanda yarışında qızıl medal əldə edən ABŞ təmsilçisi, fiqurlu konkisürən Alisa Lyunun da başına gəlib. Onun medalının isə lenti cırılıb.
Qeyd edək ki, İtaliyada təşkil olunan Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı