Milan-Kortina-2026: Açılış oyunu təxirə salındı
06 fevral 2026 - 10:25 586
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının qadınlardan ibarət Finlandiya və Kanada yığmaları arasında keçirilməli olan açılış oyunu təxirə salınıb.
Buna səbəb Finlandiya millisində bağırsaq virusunun yayılması olub.
İlk mərhələnin qarşılaşması fevralın 12-nə keçirilib.
Qərar Finlandiya yığmasının cəmi 8 meydan oyunçusu və 2 qapıçı ilə məşq edə bilməsindən sonra qəbul edilib. Daha 13 hokkeyçi karantində və ya izolyasiyada saxlanılır.
Dünyada kəskin qastroenteritlərin əsas səbəblərindən biri sayılan norovirusun əlamətləri adətən 12-48 saat ərzində özünü göstərir. Xəstəlik ürəkbulanma, qusma, sulu ishal, qarın ağrıları, halsızlıq və yüngül qızdırma ilə müşayiət olunur. Əksər hallarda xəstəlik 1-3 gün davam edir.
Qış Olimpiya Oyunlarının təşkilatçıları komandanın vəziyyətini nəzarətdə saxladıqlarını və idmançıların sağlamlığının yarış təqvimindən üstün tutulduğunu vurğulayıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı