Mehri Əbdürrəhmanlı: "MDB Oyunlarında iştirak etmək böyük təcrübədir"
28 sentyabr 2025 - 11:30 703
"MDB Oyunlarında medal qazandığım üçün çox xoşbəxtəm".
Bu sözləri III MDB Oyunlarının Gəncədə təşkil edilən üzgüçülük yarışında bürünc medal qazanan Azərbaycan təmsilçisi Mehri Əbdürrəhmanlı deyib.
100 metr məsafəyə “butterfly” (kəpənək) üslubunda üzmədə üçüncü olan idmançı gələcək yarışlarda da uğurlu nəticə qazanmaq istədiyini bildirib: "MDB Oyunlarında iştirak etmək böyük təcrübədir. Atam Rəşad Əbdürrəhmanlı da mənə dəstək oldu. Mükafatları verənlərdən biri də o idi. Ona təşəkkür edirəm".
Qeyd edək ki, digər təmsilçimiz Anastasiya Qnussina isə 800 metr məsafəyə sərbəst üzmə yarışında dördüncü yerlə kifayətlənib və mükafatçılar sırasına düşə bilməyib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı