Məhkumlar arasında badminton yarışı keçirilib
05 iyul 2025 - 10:33 800
Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyasının təşkili istiqamətində penitensiar müəssisələrdə çoxsaylı mədəni-kütləvi, maarifləndirici, eləcə də idman tədbirləri, seminar və görüşlər təşkil edilir. Bu istiqamətdə dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.
Növbəti tədbir Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində keçirilib.
5 iyul - Dünya Badminton Günü münasibətilə təşkil olunmuş idman turnirlərində qadın və yeniyetmə məhkumlar yarışıblar. Oyunlarda qalib gələn məhkumlar medallar və hədiyyələr ilə mükafatlandırılıblar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı