Məhəmmədəli Əliyevdən tarixi uğur: İlk Avropa Oyunları lisenziyası qazandı
24 may 2026 - 15:28 156
Azərbaycanın kamandan oxatma üzrə milli komandasının üzvü Məhəmmədəli Əliyev tarixi uğura imza atıb.
Təmsilçimiz 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək Avropa Oyunlarına lisenziya qazanıb.
Bu nəticə Azərbaycan oxatma tarixində kişi idmançılar arasında qazanılan ilk Avropa Oyunları lisenziyası kimi əlamətdar olub. Daha əvvəl ölkəmizin heç bir kişi oxatanı bu idman növündə belə uğura imza atmayıb.
Məhəmmədəli Əliyevin bu nailiyyəti həm də 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Olimpiya Oyunlarına gedən yolda mühüm addımlardan biri sayılır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı