Mehdi Budaqlı: “İnanıram ki, Skopyedə də ümidləri doğruldacağam”
08 iyul 2025 - 23:37 189
“Yarışa hazırlıq prosesimiz demək olar ki başa çatmaq üzrədir”.
Bu fikirləri Olympic.az saytına müsahibəsində iyulun 20-26-da Şimali Makedoniya və Xorvatiyada keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində taekvondo yarışlarında ölkəmizi təmsil edəcək Mehdi Budaqlı deyib.
Yeniyetmələr arasında dünya və Avropa çempionu adını qazanan idmançımız bu yarışdan da Vətənə medalla qayıdacağına inandığını bildirib.
“Yüksək səviyyədə hazırlıqdan sonra Şimali Makedoniyanın Skopye şəhərinə yollanacağıq. Hazırlıqla bağlı, hər şey qaydasındadır. Məşçilərimizin verdiyi bütün tapşırıqlara əməl edərək festivala yüksək səviyyədə hazırlaşmışıq. Çalışacağıq, federasiya rəhbərliyinin və müəllimlərimizin dəstəyi ilə bu yarışdan ölkəmizə medallarla qayıdaq. Olimpiya festivalı bu il iştirak edəcəyim üçüncü yarış olacaq. Buna qədər isə Türkiyədə keçirilən “Turkish Open” turnirində qızıl medal qazanmışdım. İnanıram ki, Skopyedə də fəxri kürsüdə yer almaqla mənə olan ümidləri doğruldacağam”.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının taekvondo yarışları iyulun 23-25-də Skopye Bədən Tərbiyəsi Universitetində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı