MDB Oyunları vaxtı Gəncə və Qəbələdə azarkeşlər üçün fan zonalar qurulacaq
23 sentyabr 2025 - 15:18 927
III MDB Oyunları çərçivəsində Gəncə və Qəbələ şəhərlərində azarkeşlər üçün fan zonalar təşkil olunacaq.
Bakı Şəhər Halqasından verilən məlumata görə, Gəncədə əyləncə zonası İcra Hakimiyyəti binasının qarşısında, Qəbələdə isə Heydər Əliyev parkında qurulacaq. Fan zonalar həm yerli sakinlər, həm də qonaqlar üçün idman, əyləncə və mədəni proqramlarla zəngin məkan olacaq.
Əyləncə zonalarının konseptinə səhnə, interaktiv oyun zonaları, foto zonalar, maskotlarla görüşlər, qida və içki stendləri, uşaq və incəsənət küncü, idman zonası, eləcə də DJ və musiqi proqramları daxildir.
Proqram gün ərzində müxtəlif saatlara bölünəcək. Fan zonalar səhər saatlarından gecə saatlarınadək davamlı olaraq hər kəsə bayram ab-havası yaşadacaq.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində (Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi) keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı