Xəbərlər

"Kürü keçək?!" adlı yarışın qalibləri mükafatlandırılıb

01 sentyabr 2024 874

Mingəçevir şəhərində keçirilmiş "Kürü keçək?!" adlı açıq suda üzmə yarışının qalibləri mükafatlandırılıb.

 

Medalları Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, qurumun idman şöbəsinin rəisi Elnur Məmmədov, Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev və Kür-Olimpiya Tədris İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev təqdim ediblər.

 

“Kürü keçək?!” açıq suda üzmə yarışının qalibləri:

 

13-17 yaş (qızlar)

1. Vlastilina Xasyanova
2. ⁠Zəhra Cavadzadə
3. ⁠Xumar Mustafayeva

 

13-17 yaş (oğlanlar)

1. Oqtay Hüseynov
2. ⁠Timur Beker
3. ⁠Əli Rzazadə

 

18-23 yaş (qızlar)

1. Fatimə Alkərəmova
2. ⁠Leyla Abduləzizova
3. ⁠Milanə Xəlilova

 

18-23 yaş (oğlanlar)

1. Yuriy Pribok
2. ⁠Vəkil Vəkilov
3. ⁠Kənan Qurbanlı

 

24-35 yaş (qızlar)

1. Tuqu Əbdül-zadə
2. ⁠Gültəkin Kərimova
3. ⁠Nazpəri Məmmədzadə

 

24-35 yaş (oğlanlar)

1. Cəfər Məmmədov
2. ⁠Roman Vladika
3. ⁠Hüseyn İsmayılov

 

36-55 yaş (qadınlar)

1. Yana Xasyanova 
2. ⁠Yama Əmcədi
3. ⁠Rəbiyyə Orucova

 

36-55 (kişilər)

1. Denis Novotorjin
2. ⁠Ramil Məmmədov
3. ⁠Qubad Məmmədov

 

56-70 yaş (qadınlar)
Alyona Dımçenko

 

56-70 (kişilər)

1. Pyotr Kuvşınov
2. ⁠Azər Babayev
3. ⁠Nazim Məmmədov

 

71 yaşdan yuxarı (qadınlar)

Yekaterina Xasyanova

 

71 yaşdan yuxarı (kişilər)

Vaqif Nəsibov

 

Qeyd edək ki, Kür çayının iki sahili arasında, 300 metr məsafədə gerçəkləşən turnirə ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-dək nəfər qatılıb. Turnir su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.