Kros qaçışı üzrə ölkə çempionatı təşkil olunub
07 aprel 2024 1561
Qubada kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən atletlər mübarizə aparıb. Ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Beyləqan, Bərdə, İsmayıllı, Gədəbəy və Naftalandan 200-dən artıq atlet iştirak edib. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Əsgərli ölkə çemponu adını qazanıb. 6 km məsafədə İsmayıllı idmançısı Valeri Qrubskiy, 3 və 2 km-də isə müvafiq olaraq, Gəncə atleti İsgəndər Əsgərov və Naxçıvan təmsilçisi Namiq Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. 4 km-da Leyla Abduləzizova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi olub.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı