Karate üzrə açıq turnirdə mindən çox idmançı gücünü sınayacaq
19 iyun 2023 374
İyunun 23–25-də Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçiriləcək açıq karate turnirinə hazırlıq işləri davam edir. Yarış Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA), Azərbaycan Milli Karate Federasiyasının (AMKF) və “Arpaçay” klubunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Bu barədə AKFA-dan məlumat verilib.
“Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, turnir çərçivəsində ölkəmizdə ilk dəfə AKFA-nın prezidenti Ülvi Quliyev və vitse-prezident Füzuli Musayevin iştirakı ilə texniki seminar təşkil olunacaq. Turnirin birinci günündə keçiriləcək seminarda Azərbaycanın əfsanəvi karateçiləri bir arada olacaq, ümumiyyətlə, tədbirdə 400-ə yaxın məşqçi və idmançının iştirakı nəzərdə tutulur. Turnirin açılış mərasimi iyunun 24-də saat 17:00-da keçiriləcək.
Qeyd edək ki, üç gün davam edəcək və Bakıdan, habelə regionlardan 1000-dən çox idmançının müxtəlif yaş qruplarında mübarizə aparacağı turnirdə kata, kumite və komanda-kumite yarışlarında qaliblər bəlli olacaq.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı