İtaliyadakı Qış Olimpiya Oyunlarında ən çox medal qazanan idmançılar bəlli olub
23 fevral 2026 - 17:24 414
Norveçli xizəkçi Yohannes Klebo İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunmuş XXV Qış Olimpiya Oyunlarında ən çox medal qazanan idmançı olub.
O, qatıldığı bütün yarışlarda 6 qızıl mükafata sahib çıxıb.
Xizəkçi tarixdə qış olimpiadasında bunu bacaran ilk idmançıdır.
Y.Klebonun həmyerlisi, biatlonçu Sturla Holm Leqreyd beş medalla ikinci yeri tutub. Onun iki gümüş və üç bürünc mükafatı var.
Digər altı idmançının hər biri 4 medala sahib çıxıb. Bunlar fransız biatlonçular Julio Simon (3 qızıl, 1 gümüş), Kenten Fiyon Maye (3 qızıl, 1 bürünc), Lu Janmonno (2 qızıl, 1 gümüş, 1 bürünc), niderlandlı sürətli konkisürən Jens van Vout (üç qızıl, 1 bürünc), isveçli xizəkçi Ebba Andersson (1 qızıl, 3 gümüş) və kanadalı şort-trekçi Kortni Sarodur (2 gümüş, 2 bürünc).
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı