İslamiadanın gümüş medalçısı: "Hədəfim Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaqdır"
10 noyabr 2025 - 20:56 565
Bundan sonrakı hədəfim beynəlxalq turnirlərdə Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq olacaq.
Bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadə bildirib.
"İslamiadada medal qazanacağımı gözləyirdim. Sadəcə, mükafatın əyarının necə olacağını bilmirdim. Çünki hazırlıq proqramımızda müəyyən dəyişikliklər var idi. Buna baxmayaraq, şükür ki, fəxri kürsüdə yer almağı bacardım", - idmançı bildirib.
Qeyd edək ki, Ramil Vəlizadə kişilər arasında 200 metr məsafəyə kəpənək üsulla üzməkdə 2.01.16 nəticə ilə İslamiadanın gümüş medalını qazanıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı