İslamiadada uğurla çıxış edən taekvondoçularımız Vətənə qayıdıblar
19 noyabr 2025 - 13:31 557
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi uğurla təmsil edən taekvondoçularımız Vətənə qayıdıblar.
Olympic.az xəbər verir ki, idmançılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri, ailə üzvləri və media nümayəndələri qarşılayıb.
Xatırladaq ki, VI İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımız Minayə Əkbərova (46 kq) gümüş, Qaşim Maqomedov (60 kq) isə bürünc medala layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı
