İslamiada: Sərbəst güləşçimiz qızıl medalın bir addımlığında
20 noyabr 2025 - 14:30 462
VI İslam Həmrəyliyi Oyunaları çərçivəsində keçirilən güləş yarışları davam edir.
Olympic.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə başlayıblar.
Təmsilçilərimizdən İslam Bazarqanov (57 kq) ilk görüşdə rəqibi xalça üzərinə çıxmadığını görə növbəti mərhələyə vəsiqə qazanıb. Güləşçimiz 1/4 finalda iranlı Ali Momenijoujadeni 4:2, yarımfinalda isə Əfqanıstan təmsilçisi Said Zazaini 10:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Final görüşlərinə Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı