İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib
17 noyabr 2025 - 18:09 365
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 3x3 basketbol və atletika yarışlarına start verilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, 3x3 basketbol yarışı qadınlardan ibarət 3x3 basketbol komandamızın qələbəsi ilə başlayıb.
Basketbolçularımız Səudiyyə Ərəbistanının qadınlardan ibarət 3x3 basketbolçuları ilə üz-üzə gəlib. Komandamız rəqibini 21:8 hesabıyla məğlub edib.
Növbəti görüş Türkiyə millisi ilə olacaq.
Atletika idman növündə üç təkanla tullanma yarışlarında idmançımız Yekaterina Sariyevanın mübarizəsi davam edir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə VI İslam Həmrəyliyi Oyunlarında basketbol və atletika yarışlarını oyunların keçirildiyi arenada izləyib.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı



