İman Xelif: «Tezliklə peşəkar boks dünyasına daxil olacağam»
24 oktyabr 2024 912
Paris-2024 Yay Olimpiya Oyunlarının boks üzrə əlcəzairli çempionu İman Xelif gələcək karyerası barədə danışıb.
“Tezliklə peşəkar boks dünyasına daxil olacağam. Harada çıxış edəcəyim barədə hələ ki, qərar verməmişəm. Olimpiya çempionluğu peşəkar idmanda böyük əhəmiyyət kəsb edir. Lakin daha böyük arzularım var. İstəyirəm ki, azarkeşlər məni peşəkar döyüşlərdə də görüb, dəstəkləsinlər”, - deyə “En Nahar” portalı Xelifdən sitat gətirilib.
Məlumat üçün bilidirək ki, əlcəzairli idmançı 2023-cü il keçirilən dünya çempionatında gender testindən keçə bilməmişdi.
Buna baxmayaraq onun Olimpiya Oyunlarında iştirakına icazə verilmişdi. Paris-2024-də qadınların 66 kiloqram çəki dərəcəsində final görüşündə o, çinli Yang Liu üzərində qələbə qazanmışdı.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı