III MDB Oyunlarının dördüncü günü: 8 idman növü üzrə yarışlar keçiriləcək
29 sentyabr 2025 - 09:37 723
III MDB Oyunlarının dördüncü günündə 8 idman növü üzrə yarışlar baş tutacaq.
Qəbələ Olimpiya Kompleksində stolüstü tennisdəhəlledici görüşlər keçiriləcək.
Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək (U-16) komandalar arasında növbəti görüşlər keçiriləcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.
Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final görüşləri təşkil olunacaq.
Gəncə İdman Sarayında isə üzgüçülük yarışları davam edəcək. Həmçinin burada voleybol oyunlarına da start veriləcək. A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək, B qrupunda isə Belarus və Qırğızıstan komandaları qarşılaşacaq.
Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışlarkeçiriləcək. Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışları baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı