III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb
15 iyul 2025 - 13:33 587
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.
Bakı Şəhər Halqasından verilən məlumata görə, yarışlarda 8 ölkədən 1846 idmançı və 2666 nümayəndə iştirak edəcək.
Azərbaycanı 349, Rusiyanı 263, Qazaxıstanı 259, Özbəkistanı 257, Belarusu 255, Tacikistanı 202, Türkmənistanı 170, Qırğızıstanı isə 85 idmançının təmsil edəcəyi dəqiqləşib.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabr 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışlar 12 idman məkanında keçiriləcək.
Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı