III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib
25 sentyabr 2025 - 05:40 606
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Bakıya gəlib.
Tacikistan idmançılarından ibarət 60, Özbəkistan idmançılarından ibarət 15 nəfərlik heyəti Azərbaycana gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
İdmançıları hava limanında media nümayəndələri qarşılayıbar.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı