III MDB Oyunları: Xankəndidə keçirilən kamandan oxatma yarışlarına yekun vurulub
05 oktyabr 2025 - 13:49 137
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışlarına bu gün yekun vurulub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhər stadionunda baş tutan final mərhələsində Azərbaycanın qadınlardan ibarət yığma komandası bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşıb.
Azərbaycan komandası yarışı 4-cü pillədə tamamlayıb.
Oğlanlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistan komandası tutub. Qızlardan ibarət komandalar arasında birinci yeri Rusiya, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandası qazanıb. Qarışıq komandaların mübarizəsində isə Belarus birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yerə layiq görülüb.
Fərdi yarışlarda oğlanlar arasında Özbəkistan idmançısı qalib gəlib, Rusiya təmsilçiləri isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların fərdi yarışlarında birinci yeri Qazaxıstan, ikinci və üçüncü yerləri isə Rusiya oxatanları tutublar.
Medalların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli də iştirak edib. O, qalibləri təbrik edərək onlara medal və hədiyyələr təqdim edib.
Bənzər xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 Noyabr - Milli Dirçəliş ... Ətraflı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 Noyabr - Milli ... Ətraflı
