III MDB Oyunları stolüstü tennis yarışları ilə başlayır
26 sentyabr 2025 - 10:05 694
Bu gün Azərbaycanda təşkil olunan III MDB Oyunlarına start veriləcək.
Mötəbər yarış Qəbələdə stolüstü tennisçilərin mübarizəsi ilə başlayacaq.
Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışlarında 6 idmançımız mübarizə aparacaq. Komandamızın heyətində Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli iştirak edəcək. Sentyabrın 26-dan 29-dək keçiriləcək yarışlarda idmançılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində mübarizə aparacaqlar.
Qeyd edək ki, 13 ölkədən 1624 idmançı və 2337 nümayəndənin iştirak edəcəyi yarışda Azərbaycan komandası 340 idmançı ilə təmsil olunacaq. 23 idman növü üzrə keçirilən yarışlar Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xaəndidə təşkil olunacaq. Oyunların açılış mərasimi sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı