III MDB Oyunları: Daha bir üzgüçümüz medal qazandı
29 sentyabr 2025 - 13:04 503
Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.
Bu gün keçirilən 200 metr məsafəyə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə ikinci yeri tutub.
Rusiyalı Boqdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov isə bürünc medala sahib çıxıb.
Xatırladaq ki bu gün daha üç Azərbaycanlı üzgüçü medal qazanmışdır. 200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə Oqtay Hüseynov gümüş medal qazanıb. Qadınlar arasında 200 metr məsafəyə “butterfly” üsulu ilə üzməkdə isə Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Qnussina bürünc mükafat əldə edib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı