III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək
01 oktyabr 2025 - 10:19 636
Bu gün III MDB Oyunlarının altıncı yarış gününə start veriləcək.
Bu gün 7 idman növü üzrə yarışlar təşkil olunacaq.
Gəncə İdman Sarayında üzgüçülük yarışı davam edəcək. Həmçinin burada voleybol oyunları baş tutacaq. A qrupunda Rusiya Belarusla üz-üzə gələcək. B qrupunda Özbəkistan və Tacikistan qarşılaşacaq.
Qəbələ şəhər stadionunda növbəti futbol matçları keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla görüşəcək. B qrupunda isə Rusiya Özbəkistanla münasibətlərə aydınlıq gətirəcək.
Bundan başqa, Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı (“skeet” və “trap” növləri) üzrə təsnifat və final qarşılaşmaları keçiriləcək.
Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları davam edəcək. A və B qruplarında növbəti görüşlər baş tutacaq. Həmçinin yarımfinal oyunları keçiriləcək.
Yevlax Olimpiya İdman Kompleksində isə boks üzrə yarışlarda 1/4 final görüşləri təşkil olunacaq.
Şəki Olimpiya İdman Kompleksində isə batut gimnastikası üzrə yarışlar başlayacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı