III MDB Oyunları: Azərbaycanın badminton millisi 3-cü yeri tutub
02 oktyabr 2025 - 11:10 515
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışının qalibi müəyyənləşib.
Final matçında Özbəkistan və Rusiya yığmaları qarşılaşıblar. Görüş Rusiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ötən gün yarımfinalda məğlub olan Azərbaycan millisi isə bürünc mükafata sahib çıxıb.
Badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı