III MDB Oyunları: Azərbaycan komandası mövqeyini qoruyub
05 oktyabr 2025 - 23:44 499
III MDB Oyunlarında 10-cu yarış gününə yekun vurulub.
Azərbaycan idmançıları günü 6 qızıl, 2 gümüş və 19 bürünc medalla başa vurublar. Hazırda komandamız 161 (29 qızıl, 46 gümüş, 86 bürünc) medalla ikinci pillədəki mövqeyini qoruyub. Lider Rusiya millisinin aktivində isə 194 (105 qızıl, 55 gümüş, 34 bürünc) medal var. Üçüncü pillədə isə aktivində 27 qızıl, 26 gümüş və 48 bürünc medalla Belarus millisi qərarlaşıb. Hazırda 13 ölkədən 10-u Oyunlarda müxtəlif əyarlı medallar qazanıb. 7 ölkə isə III MDB Oyunlarında qızıl medal sevinci yaşayıb.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı