III MDB Oyunları: Azərbaycan komandası ikinci pilləyə yüksəlib
29 sentyabr 2025 - 22:00 700
Azərbaycanda keçirilən III MDB Oyunlarında dördüncü yarış gününə yekun vurulub.
Azərbaycan komandasının aktivində dörd gündən sonra 38 medal var.
Qazanılan medallardan 5-i qızıl, 17-si gümüş, 16-sı isə bürüncdür. Komandamız bu nəticə ilə ümumi medal sıralamasında ikinci pillədə qərarlaşıb. Birinci pilləyə isə aktivində 49 (34 qızıl, 8 gümüş, 7 bürünc) medal olan Rusiya millisi başçılıq edir. Belarus komandası 32 (4 qızıl, 13 gümüş, 15 bürünc) medalla üçüncüdür.
Ümumilikdə isə Oyunlarda 13 iştirakçı ölkədən 7-si medal qazanıb. Cəmi 4 ölkə isə qızıl medal sevinci yaşayıb.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
