III MDB Oyunları: Azərbaycan gimnastları sinxron proqramda növbəti medalı qazanıblar
03 oktyabr 2025 - 15:34 570
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri III MDB Oyunlarında növbəti medalı qazanıblar.
Maqsud Mahsudov və Hüseyn Abbasov oğlanların sinxron proqramında üçüncü olublar.
Daha əvvəl Selcan Mahsudova və Şəfiqə Hümbətova qızların sinxron proqramında bürünc mükafata sahib çıxmışdı.
Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.