III MDB Oyunları: Azərbaycan boksçuları turniri 24 medalla başa vurublar
05 oktyabr 2025 - 18:26 291
Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində oğlanlar arasında boks yarışlarının final görüşləri yekunlaşıb.
Azərbaycan millisinin boksçuları uğurlu çıxış edərək qızıl medallar qazanıblar. Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) final görüşlərində rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Turnirin digər qızıl medallarını tacikistanlı Behruz Umarov (50 kiloqram), özbəkistanlı boksçular- Bekhruzjon Rakhataliyev (54 kiloqram), Bobomurod Boymirzayev (57 kiloqram), Dilşod Akmadjanov (63 kiloqram), Oybekjon Abdurahimov (70 kiloqram), Kurşidbek Jurayev (75 kiloqram) qazanıblar.
Rusiya təmsilçiləri Maksim Sobolev (66 kiloqram) və Astemir Karayev (80 kiloqram) də final görüşlərini qalib kimi başa vuraraq qızıl medala sahib olublar.
Bundan başqa, Azərbaycan boksçuları Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Raul Heydərli (57 kiloqram), Əflatun İsmiyev (57 kiloqram), Toğrul Quliyev (60 kiloqram), Haxverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram), Şükar Əliyev (75 kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) bürünc medallara layiq görülüblər.
Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Beləliklə, Azərbaycan boksçuları turnirdə 24 medal qazanıblar.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı