“İdman həftəsi” çərçivəsində könüllü qanvermə aksiyası keçirilir
03 mart 2025 605
"5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında idman ictimaiyyətinin könüllü qanvermə aksiyası keçirilir.
"İdman həftəsi" çərçivəsində Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda təşkil olunan aksiyaya idman qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər, İdman Akademiyasının əməkdaşları və digər kateqoriyadan olan insanlar qoşulublar.
Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı