İdman gimnastikası üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun vurulub
27 noyabr 2024 50
Bakıda keçirilən kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyinə yekun vurulub.
İki gün davam edən yarışlarda müxtəlif yaş kateqoriyaları üzrə gimnastlar birincilik uğrunda mübarizə aparıblar.
Yarışda Balakən Olimpiya İdman Kompleksi, “Ocaq Sport” klubu (Bakı və Sumqayıt bölmələri), Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Sumqayıt Olimpiya Kompleksindən 17 qadın, 33 kişi olmaqla, ümumilikdə, 50 idmançı öz bacarığını sınayıb.
Qadın idman gimnastikasında – uşaqlar (2014-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər), gənclər (2009-2011-ci il təvəllüdlülər), böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər), kişi idman gimnastikasında isə yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər), gənclər (2007-2008-ci il təvəllüdlülər) və böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər) kateqoriyalarında idmançılar öz performanslarını nümayiş etdiriblər.
Yarışın birinci günündə gimnastlar fərdi çoxnövçülük üzrə, ikinci gündə isə ayrı-ayrı alətlərdə (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) çıxışlar sərgiləyiblər.
Sonda hər kateqoriya üzrə qalib olan gimnastlar mükafatlandırılıb.
Bənzər xəbərlər
Ferstappen Qətər Qran-prisinin sıralama turundakı qələbəsindən məhrum edilib
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” avtomobil ... Ətraflı
Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ... Ətraflı