“İdman COP29-un kölgəsində - Dayanıqlı hərəkat üçün “Fit” həllər” mövzusunda tədbir keçirilib
19 noyabr 2024 486
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “İdman COP29-un kölgəsində - Dayanıqlı hərəkat üçün “Fit” həllər” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas hədəfi COP29-un məqsədlərinə uyğun olaraq idmanın dayanıqlı təcrübələrin təbliğatındakı əhəmiyyəti və iqlim fəaliyyətinə göstərilə biləcək dəstəyin gələcək təşəbbüslər üçün vacibliyini vurğulamaq olub.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun moderatorluğu ilə baş tutan tədbirdə İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) baş katibi Nasser Ayman Majali, “Real Betis” fondunun baş meneceri Rafael Muela Pastor və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək, perspektivləri müzakirə ediblər.
Bundan başqa, iqlim mövzusunda gənc təşəbbüslərin təqdimatına da yer ayrılıb. Belə ki, Mavi Planet Alyansının Qlobal Səfiri Zek Lubin və “SECOTO International Green” şirkətinin təsisçisi və baş icraçı direktoru Patiens Şumbuşo da çıxış ediblər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı