İbrahim Talıbov: "Verdiyim sözü tutdum, üçrəngli bayrağımızı yüksəklərə qaldırdım"
01 noyabr 2026 - 22:16 100
Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu İbrahim Talıbov (-55 kq) ölkəmizə ilk qızıl medalı qazandırıb.
Yarışdan dərhal sonra təəssüratlarını bölüşən çempion İbrahim Talıbov qələbə sevincinin sözlərlə ifadə olunmayacaq dərəcədə böyük olduğunu bildirib:
"Bu hissləri sözlə anlatmaq mümkün deyil, çox xoşbəxtəm. Verdiyim sözü tutdum, çox şükür ki, bayrağımızı yüksəklərə qaldıra bildim. Qələbəmdə əməyi olan hər kəsə — anama, atama və məşqçilərimə dərin minnətdarlığımı bildirirəm. Üstümdə əziyyətləri çox böyükdür. İndi isə yalnız istirahət etmək barədə düşünürəm."
Seneqalın paytaxtı Dakarda keçirilən Oyunlarda Azərbaycan yığması 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Yarışlar noyabrın 13-dək davam edəcək.
Bənzər xəbərlər
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çempionu Vətənə qayıdıb
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl ... Ətraflı
Emin İskəndərov: "İnanıram ki, İbrahim bundan sonra da böyük uğurlar qazanacaq"
"Azərbaycana Yeniyetmələrin Yay Olimpiya Oyunların növbəti medalını gətirdiyimiz üçün çox ... Ətraflı
