Hidayət Heydərov: Tarixi uğurları və yeni rekordları sevirəm!
27 aprel 2024 1514
"Tarixi uğurları və yeni rekordları sevirəm".
Bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlamasında deyib.
O, bildirib ki, qalib gəlmək hər zaman əyləncəlidir: "Təqvimdə növbəti dünya çempionatı və Olimpiya Oyunları var. Bu turnirlər daha da vacib olacaq. İstədiyim kimi çıxış edə bilsəm, həmin yarışlarda da Azərbaycana qızıl medal qazandıracağam”.
Qeyd edək ki, H. Heydərov daha əvvəl 2017-ci, 2022-ci və 2023-cü illərdə böyüklər arasında qitə birinciliyinin qızıl mükafatına layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı