Hidayət Heydərov Azərbaycan idmançılarının yeni reytinq cədvəlində birinci pilləyə yüksəlib
01 avqust 2024 724
Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il iyul ayına olan reytinq cədvəlini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə siyahıya 600 xalla cüdoçu Hidayət Heydərov liderlik edir. Bədii gimnastikası üzrə qrup hərəkətləri komandası 510 xalla ikinci, 430 xal toplayan idman gimnastı Nikita Simonov isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Bənzər xəbərlər
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında ... Ətraflı