Hacı Əliyev: "Çox istəyirəm ki, Parisdə qızıl medala layiq görülüm"
07 aprel 2024 815
“Xalqımın önündə məğlub olmadığım, azarkeşləri sevindirdiyim üçün sevinirəm. Bu yarış karyeramın ən əhəmiyyətli turnirlərindən biri idi”.
Bu sözləri Bakıda təşkil olunan Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris Olimpiadasına lisenziya qazanan Azərbaycan millisinin lideri Hacı Əliyev jurnalistlərə açıqlamasında bildirib.
İkiqat Olimpiya mükafatçımız əsas məqsədinin Parisdə qızıl medal qazanmaq olduğunu deyib:
“Artıq üçüncü dəfədir ki, Olimpiya Oyunlarına lisenziya qazanıram. Əvvəlki olimpiadalarda bir gümüş və bir bürünc medal əldə etmişəm. Çox istəyirəm ki, Parisdə qızıl medala layiq görülüm. Bunun üçün bütün gücümlə çalışacağam”.
Titullu güləşçimiz zədə səbəbindən ideal formasından uzaq olduğunu deyib: “Dizlərimdə zədə var. İki aya yaxındır ki, məşqlərdən uzağam, yalnız fiziki hazırlıq keçirəm. Çıxışımı özüm də bəyənmədim. Lakin əsas odur ki, qalib gəldim. Bu mənim üçün çox vacib idi”
Xatırladaq ki, Hacı Əliyev təsnifat mərhələsində Xamzat Arsamerzoyevi (Fransa), 1/4 finalda Niurqun Skriabini (AİN), yarımfinalda isə İslam Dudayevi (Albaniya) məğlub edərək Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı