Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07 aprel 2024 77
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Yarışda iştirak edən sərbəst güləş üzrə milli komandamızın lideri Hacı Əliyev yarımfinal görüşünə çıxıb. 65 kq çəki dərəcəsində qüvvəsini sınayan Olimpiya mükafatçımız həlledici görüşdə Albaniya təmsilçisi İslam Dudayevlə qarşılaşıb. Rəqibinə 6:3 hesabı ilə qalib gələn üçqat dünya və dördqat Avropa çempionumuz ardıcıl üçüncü dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Xatırladaq ki, Hacı Əliyev təsnifat mərhələsində Xamzat Arsamerzoyevi (Fransa) 1/4 finalda isə Niurqun Skriabini (AİN) məğlub edib.
Hacı Əliyevdən əvvəl isə bu gün Əliabbas Rzazadə (57 kq) Paris Olimpiadasına lisenziya qazanıb.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı