Günay Məmmədzadə bürünc medal qazandı
29 avqust 2023 830
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Hindistanın MGD1 komandasının heyətində Almaniyada rapid üzrə dünya çempionatının bürünc mükafatçısı olub.
12 turun yekun nəticəsinə əsasən MGD1 komandası 18 xal toplayıb və yarışı üçüncü pillədə başa vurub. Rapid növü üzrə dünya çempionatında qələbəni Bakıda keçirilən Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandanın da şərəfini qoruduğu "WR Chess" bayram edib. Qalib komanda 22 xalla bütün rəqibləri qabaqlayıb. Dünya çempionu Vişvanatan Anandın çıxış etdiyi “Freedom” 20 xalla ikinci yerlə kifayətlənib.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı