Güləşçimiz Paris-2024-ə lisenziya qazana bilmədi
05 aprel 2024 953
Yunan-Roma güləşiçimiz Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
130 kq çəki dərəcəsində qüvvəsini sınayan pəhləvanımız həlledici mərhələyə vəsiqə uğrunda görüşdə Sergey Semyonovla (AİN) üz-üzə gəlib.
Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb. Beləliklə, idmançımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. Xatırladaq ki, daha əvvəl İslam Abbasov (87 kq) 1/8, Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda mübarizəni dayandırıb.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı