Güləşçilərimizin Paris-2024-də çıxış edəcək proqramı açıqlanıb
04 avqust 2024 1601
Sabah Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində güləş yarışlarına start veriləcək.
Mübarizəyə ilk olaraq klassiklər başlayacaqlar.
Bu yunan-Roma güləşi üzrə yarışların ilk gününün püşkatması keçirilib.
İlk gündə Azərbaycan komandası Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130) ilə təmsil olunacaq. Mübarizəyə 1/8 finaldan başlayacaq Murad ilk görüşdə ekvadorlu Raiber Joze Rodriges Orosko, Sabah Şəriəti isə estoniyalı Helki Nabi ilə qarşılaşacaq.
Qeyd edək ki, olimpiadanın ilk günündə yunan-Roma güləşində 60 kq və 120 kq, qadın güləşində isə 68 kq çəki dərəcələrində yarışlar keçiriləcək.
Azərbaycan güləşçilərinin Paris-2024-də çıxış edəcək proqramını təqdim edirik:
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
