Güləş üzrə Azərbaycan yığmalarının dünya çempionatı üçün heyəti dəqiqləşib
16 oktyabr 2024 1155
Oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı keçiriləcək.
Mundiala yunan-Roma güləşçiləri start verəcəklər. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Fərid Xəlilov (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Xasay Həsənli (77 kiloqram), Elmin Əliyev (82 kiloqram), Cocu Səmədov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Daha sonra böyük məşqçi Toğrul Əsgərov, məşqçilər Ağahüseyn Mustafayevlə Solmaz Adilovanın rəhbərliyi altında Elnurə Məmmədova (50 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Gülər Həbibova (59 kiloqram) və Ruzanna Məmmədova (62 kiloqram) mübarizəyə qoşulacaqlar.
Çempionatın son günlərində sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Vasif Bağırov (57 kiloqram), Ruslan Abdullayev (61 kiloqram), Rəşid Babazadə (65 kiloqram), Maqomed-Başir Xaniyev (70 kiloqram), Cəbrayıl Qadjiyev (74 kiloqram), Ali Tsokayev (79 kiloqram), Arseni Djioyev (86 kiloqram), Abdulcəlil Şabanov (92 kiloqram), Aslan Abakarov (97 kiloqram) və Aydın Əhmədov (125 kiloqram) ölkəmizi təmsil edəcəklər.
Məsul yarışda I dərəcəli beynəlxalq hakimlər Natiq Hacıyev və Bəşir İsazadə ədaləti qoruyacaqlar.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı