Güləş üzrə Azərbaycan çempionatının görüşlərini idarə edəcək əcnəbi hakimlər müəyyənləşib
23 dekabr 2024 1243
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına təyinat alan əcnəbi hakimlərin adları bəlli olub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, prinsipial və həlledici qarşılaşmaları Türkiyə, Qazaxıstan və Gürcüstandan olan referilər idarə edəcəklər.
Görüşlər zamanı Yusuf Sadri Kışalı, Necip Yalçın Soyuyucü (hər ikisi Türkiyə), Yerik Jumabekov, İqor Liqay (hər ikisi Qazaxıstan), Zaza Jibiladze və Mixail Qrdzelidze (hər ikisi Gürcüstan) iş başında olacaqlar.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarış dekabrın 24-dən 27-dək Bakı İdman Sarayında keçiriləcək. Ölkə çempionatında medal qazanan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. İlk iki gündə yunan-Roma, son iki gündə isə sərbəst güləş üzrə ölkə çempionları müəyyənləşəcək. İlk görüşlər hər gün saat 10:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı