Güləş üzrə Azərbaycan çempionatının bəzi görüşlərini əcnəbi hakimlər idarə edəcəklər
30 noyabr 2024 906
Dekabrın 24-dən 27-dək Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışda medal qazanan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək.
Çempionatı yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət olunan referilər də idarə edəcəklər. İlk iki gündə yunan-Roma, son iki gündə isə sərbəst güləş üzrə ölkə çempionları müəyyənləşəcək.
İlk görüşlər hər gün saat 10:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı